Şəkil çəkdirmək dünya ulduzuna baha başa gəldi: TƏCAVÜZƏ UĞRADI - - FOTO
Bizi izləyin

Magazin2

Şəkil çəkdirmək dünya ulduzuna baha başa gəldi: TƏCAVÜZƏ UĞRADI - - FOTO

Amerikalı müğənni Taylor Svift 2013-cü ildə onunla şəkil çəkdirən radio aparıcısı Devid Müllerin ona qarşı açdığı məhkəmə prosesində ifadə verib.

Publika.az xəbər verir ki, müğənni şəkil çəkdirən zaman Devidin əli ilə onun ombasını sıxdığını iddia etmişdi.

Aparıcı Taylor Svifti onu və komandasını yalan iddialarla günahlandırdığı və işdən qovulmasına səbəb olduğu üçün məhkəməyə vermişdi. Məşhur müğənni isə bu məhkəmə prosesinə qarşılıq yeni dava açmışdı.

Məhkəmə prosesinə şahid kimi çağırılan 27 yaşlı müğənni hadisənin təcavüz xarakterli olduğunu deyib:
“Bu, tamamilə bir təcavüz idi. O, ətəyimin altından əlini uzadaraq ombamı sıxdı. Geri çəkilməyimə rəğmən, əlini çəkmədi. Mən şok olmuşdum. Daha öncə belə bir hadisə ilə qarşılaşmamışdım”.

55 yaşlı Devid Müller isə iddiaların əsassız olduğunu deyib və hadisəni təkzib edib:

“O, məndən uzaqlaşmağa çalışsaydı, bunu isbat edə bilərdi. Bəlkə də əlim onun ombasına toxuna bilər. Lakin həmin anda diqqətim fotoqrafda olduğu üçün bunun fərqinə varmamışam”.

Müllerin bu sözlərindən hiddətlənən Svift cavabını gecikdirməyib:
“O, mənim əlimə, qoluma və ya qabırğama toxunmadı. O, mənim ombama toxundu. Bu, gerçəkdir. Bu mənim başıma gələn hadisədir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm