Məşhur müğənni səhnədə növbəti dəfə BİABIR OLDU - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni səhnədə növbəti dəfə BİABIR OLDU - FOTO

Kənan Doğulunu növbəti konsertində daha bir xoşagəlməz hadisə baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən müğənni Harbiye Açıq Hava Teatrında konsert verib. Sənətçini izləməyə təxminən 5 min adam gəlib. Əvvəlki konsertində səhnədə boşluğa düşərək fanatlarını qorxudan Doğulu bu dəfə o boşluqları bağlatdırıb. Müğənni məsələ ilə bağlı zarafat edib:

"Dostlara dedim ki, son konsertimiz nə gözəl keçdi, təkrar edək. Onlar da mənə "Kənan sən yıxılma kifayətdir” dedilər”.

Doğulu bu dəfə səhnədən yıxılmayıb, amma keçən konsertində səhnədəki çuxura düşən müğənninin bu dəfə gitarasında problem yaranıb. Uğursuzluqlardan yaxa qurtara bilməyən ifaçı ilk mahnısını oxuyan zaman gitarasının kəməri qırılıb və yerə düşüb.

Kənan Doğulunu izləməyə gələnlər arasında aktrisa Tuvana Turkay və başqa məşhurlar da olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm