2017-ci ilin ən çox pul qazanan KİŞİLƏRİ - FOTO
Bizi izləyin

Magazin2

2017-ci ilin ən çox pul qazanan KİŞİLƏRİ - FOTO

“Forbes” jurnalı 2017-cu ilin ən çox qazanan aktyorlarının adlarını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci il ərzində 68 milyon dollar qazanan Mark Uolberq birinci yeri tutub.

İkinci Duenyno Conson (65 milyon dollar), üçüncü Vin Dizel ($ 54 milyon) olub. Siyahını Adam Sendler (50 milyon dollar), Ceki Çan (49 milyon dollar) daha sonra Robert Dauni ( 48 milyon dollar) və Tom Kruz ( 43 milyon dollar) davam etdirib.

Onluğa Bollivudun sevilən aktyorları da daxildir. Səkkizinci pilləni Şahrux Xan (38 milyon dollar), doqquzuncu yeri Salman Xan (37 milyon dollar) tutub, onluğun son pilləsində Akşay Kumar (35 milyon dollar) qərarlaşıb. Bundan sonra reytinqdə Kris Hemsvort (31,5 milyon dollar), Tom Henks (31 milyon dollar) və Semuel Cekson (30,5 milyon dollar) gəlir.

"La-La-Land" filminin ulduzu Rayan Qoslinq bu il 29 milyon dollar qazanıb və “Forbes” siyahısında 14-ci yeri tutub.

Rayan Reynolds 21,5, Mett Deymon 21, Ceremi Renner 19, Kris Evans 18, Kris Pratt isə 17 milyon dollar qazanaraq 19-cu pilləni tutub. Mark Ruffalo 13 milyon dollar gəlirlə siyahını tamamlayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm