Azərbaycanlıların da iştirak etdiyi EVLİLİK VERİLİŞLƏRİ bağlandı
Bizi izləyin

Magazin2

Azərbaycanlıların da iştirak etdiyi EVLİLİK VERİLİŞLƏRİ bağlandı

Yeni mövsümdən azərbaycanlıların iştirak etdiyi evlilik verilişləri yayımlanmayacaq.

Publika.az xəbər verir ki, Star TV-də yayımlanan ”Zuhal Toplla izdivac” proqramının əvəzinə həftəiçi 5 gün kriminal veriliş efirə gedəcək. Yeni layihənin aparıcısı isə Balçiçək İlter olacaq.

Verilişi bağlanan və Star TV-dən uzaqlaşdırılan Zuhal Topalın yeni layihəsi olmayacaq. Bu barədə açıqlama verən aparıcı kanalı maaşının gecikdirilməsi və nüfuzunun aşağı salınması ilə bağlı məhkməyə verdiyini açıqlayıb.

ATV-də yayımlanan Esra Erolun evlilik proqramı da bağlanıb. O, tamaşaçılarının qarşısına sosial və barışdırma məqsədli formatla çıxacaq.

Seda Sayan da verilişi bağlananlar sırasındadır. Yayılan məlumata görə, ifaçı bundan sonar Deniz Seki ilə qadın məhkumların yer aldığı fərqli formatlı verilişlə efirə qayıdacaq.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Radio və Televiziya verilişləri üst qurumu (RTÜK) evlilik verilişlərinin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, həmin proqramlar yeni mövsümdə başqa formatda olacaq. Ötən mövsümdəki kimi evlilik proqramları hazırlayanlara isə ağır cəzalar veriləcək.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm