• USD 1,7000 0,00% EUR 1,9479 0,00%
    • GBP 2,2135 0,00% RUB 0,0259 0,00%

Məşhur aparıcının öldürülməzdən əvvəl son görüntüsü ortaya çıxdı - VİDEO

  • Magazin2
  • 28 Avqust 2017 13:51
  • 1 617 Baxış
Məşhur aparıcının öldürülməzdən əvvəl son görüntüsü ortaya çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi dünən aparıcı Vatan Şaşmaz 54 yaşlı keçmiş sevgilisi Filiz Aker tərəfindən hotel nömrəsində güllələnərək öldürülüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhşətli hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Aparıcının öldürülməzdən əvvəlki son görüntüsü ortaya çıxıb. Vatanın qatili Filiz Aker ilə Beşiktaşdakı oteldə görüş anları təhlükəsizlik kameralarına əks olunub.

Təhlükəsizlik kamerasındakı videoda görünür ki, əvvəlcə hoteldə qalan Filiz Aker öz otağına çıxıb. Hotelə daxil olan Vatan Şaşmaz isə Filiz Akerin otağına girib. Hadisə baş verdikdən sonra hotelin işçiləri otağa daxil olub.

Filiz Akeri tanıyan insanların iddialarına görə, qadın 1 ay əvvəlcədən məzar yeri alıb və bunu planlaşdırıb. Filiz Akerin Türkiyəyə gəldikdən sonra Vatandan başqa heç kimlə ünsiyyətdə olmadığı da üzə çıxıb. Onlar son zamanlar tez-tez görüşüblər. Filiz Aker Vatana “Əgər hotelə gəlməsən, səni rəzil edərəm” , - deyə təhdid edib.

Aparıcının dəfn mərasimi nə vaxtdır?

Vatan Şaşmazın cənazəsi sabah Güzeltepe Birlik Məscidində cənazə namazı qızlındıqdan sonra Çengelköy qəbiristanlığına dəfn olunacaq

Onu da qeyd edək ki, Vatan Şaşmaz həyat yoldaşının 5 aylıq hamilə olduğu və uşaqlarının cinsinin oğlan olduğunu öldüyü gün öyrənib.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>