“Bozun əlli çaları”ndan daha EROTİK filmlər – SİYAHI
Bizi izləyin

Magazin2

“Bozun əlli çaları”ndan daha EROTİK filmlər – SİYAHI

“Bozun əlli çaları” uzun müddət sonra erotika janrında çəkilmiş film olduğuna görə yetirəncə uğur qazandı. Ancaq kino tarixinə nəzər yetirsək, erotikanın ən ifrat dərəcədə nümayiş etdirildiyi filmləri görmüş olarıq.

Publika.az sizə yayımlandığı zaman böyük səs-küyə səbəb olan, 8 ən erotik filmlərin siyahısını təqdim edir:

Utanc (Shame) – 2011

Brendon – 30 yaşında Nyu Yorkda yaşayan seks aludəçisi bir adamdır. Ancaq bacısı onun yanına köçəndən sonra Brendonun həyatı gözləmədiyi bir şəkildə dəyişir. Bacısı Sissi iksinin də keçmişindən gələn acı dolu xatirələri onun yadına salır.

Assistent (Secretary) – 2003

Li Hollivey 20 yaşında ağıllı bir qadındır. Psixi xəstəxanada qısa müddət qaldıqdan sonra Floridaya köçür. Özündən və bezdirici uşaqlığından uzaqlaşmaq üçün məktəbdən olan rəfiqəsi ilə yaxınlaşır və hüquq şirkətlərinin birində assistent olaraq çalışmağa başlayır. Bir müddət sonra rəisi Bey Greyə vurulur. Aralarındakı qeyri-adi münasibət zamanı, Li ən dərin mazoxist hisslərini onun üzərində sınamağa başlayır.

Əsas instinkt (Basic instinc) – 1992

San Fransisko polisində işləyən dedektiv Nik Karren bir cinayəti araşdırarkən şübhəli Ketrin Trammellə tanış olur. Yazar olan və cinsəllik mövzusunda sərbəst davranan Ketrin sonuncu kitabında Nikin araşdırdığı cinayətin eynisini yazmışdır. Ketrin seksuallığı ilə Niki təsir altına alır və cütlük ehtiraslı bir eşq yaşayır.

Cinayətlərin davamı gələndən sonra Nikin psixiatri Elizabet və şəriki, onun Ketrinlə olan münasibətinə qarşı çıxırlar. Ancaq Ketrinin lezbiyan sevgilisi Roksi Niki öldürməyə çalışsa da, o, Ketrindən əl çəkmir.

Çılpaq (Bare) – 2015

Sara həmcinsi olan Pepperin qarışıq dünyasına daxil olur. Bu çalxantılı həyat narkotik, striptiz və metafiziki testlərdən ibarətdir. Sara bütün bunlardan sonra gerçək və qaranlıq dünyanın fərqinə varır.

Nimfomanyak (Nymphomaniac) – 2013

Co adlı nimfomanyak qadından bəhs edən filmdə baş qəhrəmanın doğumundan 50 yaşına qədər olan həyatı, özəlliklə də cinsəl macəraları yer alır. Soyuq bir qış gecəsi yaraşıqlı bir subay olan Seliqman Conu yolda döyülmüş halda tapır. Co adamın evində qalarkən öz hekayəsini danışmağa başlayır.

Gizli meyl ( Adoration) – 2012

Lil və Rouz neçə illərdir rəfiqədirlər. Onlar biri-birinin oğulları ilə eşq yaşayırlar. Ancaq cütlüklər bunu hamıdan gizlədir. Bir müddət sonra onların əlaqələri ortaya çıxır və oğullar çox çətin bir seçim arasında qalırlar.

Təhlükəli vasitə (A Dangerous Method) – 2011

Hekayə Karl Qustavın psixoanalizinin banilərinin - Ziqmunt Freyd və onun müştərisi Sabino Şpilreyn ətrafında baş verir.

Gözübağlı (Eyes Wide Shut) – 1998

Bill Harfor və arvadı Alisin hər kəsin xoşbəxt sandığı evliliyi var. Bir gün getdikləri bir dəvətdə Alis başqa kişilərlə söhbət etməyə başlayır.

Bunu görən Bill həm əsəbiləşir, həm də yaşanan bu hadisəyə qəribə reaksiya verir. O, həmin gecədən sonar bütün şəxsiyyətini seks həyatında büruzə verir.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm