“Game of Thrones”da Azərbaycan tarixindən götürülən hadisə - - VİDEO
Bizi izləyin

Magazin2

“Game of Thrones”da Azərbaycan tarixindən götürülən hadisə - - VİDEO

Dünyanın ən reytinqli serialı “Game of Thrones”-un yeddinci mövsümünün epizodlarından biri Azərbaycanda 1920-ci ildə baş verən hadisə əsasında ekranlaşdırılıb.

Azvision.az xəbər verir ki, bunu “İndepented” nəşrinə müsahibəsində serial üçün geyimlər hazırlayan britaniyalı dizayner Mişel Klepton bildirib.
Söhbət Deyeneris Targaryanın dotrakilərin dəstəyi ilə Lannistrlərin qoşunlarını məhv etdiyi yeddinci mövsümün beşinci seriyasından gedir.
“Bu, döyüş meydanında dotrakilərin Lannisterləri məğlub etdiyi vaxt baş verir. Onlar ilk dəfə məğlub olan düşmənlərin paltarlarını çıxardırlar. Azərbaycanda yaşanan rus işğalı zamanı döyüş iştirakçılarının düşmən üzərindən yaxşı paltoları götürməsi ideyası mənim çox xoşuma gəldi. Müharibənin sonlarında bolşevikləri demokratlardan ayırmaq olduqca çətin idi. Çünki onlar bir-birilərinin geyimlərini oğurlayırdılar. Bu ideya xoşuma gəldi. Dotrakilər onların palto və zirehlərini götürürdülər. Düzdür, zireh onlara elə də lazım deyildi, amma palto onları istidə saxlayırdı. Mən sadəcə göstərmək istədim ki, qaliblər ən yaxşıları özlərinə götürürlər. Onların belə fərqli olmasına baxmayaraq müharibədə hamı eynidir. ”.
Qeyd edək ki, “Game of Thrones”-un geyimlər üzrə rəssamı Mişel Klepton “Əli və Nino” filmi üçün obrazlar yaradıb. Görünür, XX əsrin əvvəllərində baş verən hadisələr haqqında məlumatı da o zaman filmin kostyumları üzərində çalışarkən öyrənib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm