Vatan Şaşmazın dəfn mərasimi başladı - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Vatan Şaşmazın dəfn mərasimi başladı - FOTO/VİDEO

Bazar günü gecə saatlarında Beşiktaşdakı Conrad Hoteldə keçmiş sevgilisi Filiz Aker tərəfindən vurularaq öldürülən aparıcı Vatan Şaşmazın dəfn mərasimi başlayıb.

Publika.az xəbər verir ki, Güzeltepe Birlik Məscidində baş tutan vida mərasiminə mərhumun yaxınları ilə yanaşı sənət dostları da gəlib.

Mərasimdə aparıcının 4 aylıq hamilə olan həyat yoldaşı Jasmin Adalı da olub. Aparıcının anası Safiyə Saydam isə oğlunun cənazəsini gözləyərkən çətinliklə ayaq üstə dayanıb.

Güzeltepe Birlik Məscidində cənazə namazı qılındıqdan sonra aparıcının cənazəsi Çengelköy qəbiristanlığında dəfn olunacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm