Sibel Can 11 ildən sonra MÖHTƏŞƏM SERİALLA GERİ DÖNDÜ - VİDEO
Bizi izləyin

Magazin2

Sibel Can 11 ildən sonra MÖHTƏŞƏM SERİALLA GERİ DÖNDÜ - VİDEO

Sibel Can 11 illik fasilədən sonra “Sevdamın Bahçesi” adlı serialla ekranlara qayıdacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin çəkildiyi serial “Kanal D”-də yayımlanacaq. İfaçı serial haqqında açıqlama verib. O, bildirib ki, ekran işində onun qızı rolunu canlandıran Alina Boz özünə bənzəyir:

"Onu özümə çox bənzədirəm. İntizamlıdır və işini sevir. Müdhiş bir layihə gəlir. Tamaşaçıyla böyük görüşə çox az qaldı. Çəkiliş meydançasında hər kəs bir-birinə indidən alışdı. Qızım rolundakı Alina ilə inanılmaz ahəng təşkil edirik”.

Sibel Canın baş rolda çəkiləcəyi “Sevdanın Bahçesi” adlı serial eyni məhəllədə yaşayan və böyük eşq yaşayan iki gəncin illər qarşılaşmasından bəhs edir. Onun tərəf müqabili isə Emre Kınay olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm