Venesiya Kino festivalına start verildi - FOTO
Bizi izləyin

Magazin2

Venesiya Kino festivalına start verildi - FOTO

Dünən Venesiyada dünyada ən qocaman və nüfuzlu 74-ci beynəlxalq kino festivalına start verilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, festivalın açılışında Mett Deymon, Rebekka Holl, Byanka Balti və digər ulduzlar iştirak edib. Festival Palazzo del Cinema kinio sarayında baş tutub.

Festivalın münsiflər heyətinin üzvlərinə: macar rejissoru İldiko Yenedi, meksikalı rejissor, prodüser və ssenarist Mişel Franko, britaniyalı aktrisa Rebekka Holl, fransız kino və teatr aktrisası Anna Muqlasis, avstraliyalı kino tənqidçisi və teleaparıcı Devid Stretton, italiyalı aktrisa Jasmin Trinka, britaniyalı rejissor və ssenarist Edqar Rayt, çin rejissoru, prodüser və ssenarist Yonfan sədri, həmçinin amerikalı aktrisa Annet Nenniq daxildir.

Mərasimin aparıcısı italiyalı aktyor Alessandro Borqi olub. Rəsmi hissədən sonra kino nümayişləri başlayıb. Festivalın açılışını Aleksandr Peynin baş rolda Mett Deymonun oynadığı “Qısası” fantastik komediya filmi edib. Film festivalın əsas müsabiqəsində iştirak etmir, müsabiqə filmləri isə yalnız sabah başlayacaq.

Festival sentyabrın 9-na qədər davam edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm