Magazin2
Acunun sevgilisi Seda Sayanın oğlu ilə çılpaq insanların olduğu festivalda – FOTOLAR
Bu il heç bir qadağanın olmadığı, insanların istədiklərini etdiyi “Alışan adamlar” festivalına Türkiyədən bir çox məşhur qatılıb.
Publika.az xəbər verir ki, onların arasında Seda Sayanın oğlu Oğulcan Engin, Acun Ilıcalı ilə evlənməyə hazırlaşan Şeyma Subaşı da olub.
Amerikada keçirilən festivalda 70 min insan iştirak edib. Şeyma Subaşı fərqli kostyumlar və rəqslərə səhnə olan festivaldan xeyli fotolar paylaşaraq izləyicilərinə məlumat verib:
“Bu festivalın müddəti bir həftədir. Mən artıq üç ildir ki, bu festivala qatılıram. Bura əyləncəli yer kimi görünsə də, əslində çox çətin bir yerdir. Çünki rahat otellərdə qalmırsınız. Çadırlarda, ya da maşında yatmaq məcburiyyətindəsiniz. Hər gün qaldığınız yeri təmizləmək, yemək bişirmək lazımdır. Su və tualeti isə çox diqqətlə istifadə etmək vacibdir. Səhərlər çox isti, gecələr isə dəhşətli soyuq olur. Hər saat, hər yerdə fərqli əyləncə, fərlqi musiqilər var. Dünyanın hər yerindən dj-lər “İncəsənət maşını” adlanan yerdə səhnəyə çıxırlar. Ən önəmlisi odur ki, siz heç vaxt təmiz ola bilmərsiniz. Çünki hər yer tozdur. Qum fırtınası başlayanda isə heç kimə tövsiyyə etmirəm. Ancaq mən hər il gəlməyin həyəcanını yaşayıram”.
Festivalda ən diqqət çəkən şəxs türkiyəli manken Setenay Tetik olub. O, festivalda çılpaq dolaşaraq görənləri heyran qoyub.
Qeyd edək ki, heç bir qadağanın olmadığı festivaldan çılpaq insan fotolarının yayılması və Şeymanın o festivalda iştirak etməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar bir uşaq anası Şeymanı qınaq obyektivinə çeviriblər.
Pərviz Hüseyn
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?