Magazin2
Penelopa Kruz ideal ayaqlarını nümayiş etdirdi - FOTO
İspaniyalı kino ulduzu Penelopa Kruz Venesiya Kino festivalında ziyafət libası ilə göz qamaşdırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən 74-cü Venesiya Beynəlxalq Kino Festivalı çərçivəsində növbəti filmin təqdimatı keçirilib. Növbədə festivalın ən gözlənilən filmi ispan rejissor Fernando Leon De Aranoanın "Pablonu sevmək" (Pablo Loving) adlı ekran işi olub.
Filmin aktyorları nümayişdən əvvəl ənənəvi olaraq qırmızı xalçada fotoqraflara poza veriblər. Onların arasında baş rol qəhrəmanları Penelopa Kruz və onun həyat yoldaşı, aktyor Xavyer Bardem də olub.
Bütün baxışlar 43 yaşlı Penelopa Kruz və onun ərinin üzərində olub. Ulduz festival üçün ləkəklərlə bəzədilmiş ağ ziyafət libası geyinib. O, paltarında olan yarığı sayəsində diqqət cəlb edib.
Yeri gəlmişkən qeyd edək ki, cütlük iki illik fasilədən sonra ilk dəfədir ki, mərasimə birlikdə qatılıb.
Ulduz cütlüyün çəkildiyi “Pablonu sevmək” filmi jurnalist Virciniya Vinyexo ilə narkoman Pablo Eskobarın münasibətlərindən bəhs edir. Film qəhrəmanın real prototipinin qələminin məhsulu olan memuarları əsasında yaradılıb.
Aytən
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...