“Gözəllik kraliçası” ilə onun bacısını öldürən qatil həbs olundu - FOTO
Bizi izləyin

Magazin2

“Gözəllik kraliçası” ilə onun bacısını öldürən qatil həbs olundu - FOTO

Hondurasun gözəllik kraliçası Mariya Xose Alvarado və onun bacısı Sofiya Trinidadın qatili 45 il azadlıqdan məhrum edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Honduras ali məhkəməsi qərar çıxarıb ki, Plutarko Ruis sevgilisi Sofiyanın ölümündə təqsirkardır. Buna görə o, 30 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin "Miss Honduras" gözəlinin ölümə görə ona 15 il iş verilib.

Ruis etiraf edib ki, sevgilisini qısqanclıq üstündə öldürüb. O, sevgilisinin gecə klubunda başqa bir gənclə rəqs etdiyini görüb. Onların arasında dava baş verib, bu zaman müttəhim Sofiyaya atəş açıb, sonra isə "Miss Honduras"ı güllələyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm