Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”
Bizi izləyin

Magazin2

Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”

Onur Saylak 6 illik həyat yoldaşı Tuba Büyüküstün haqqında mətbuatda çıxan açıqlamanın ona aid olmadığını bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor şəxsi instaqram səhifəsində verdiyi açıqlamada bildirib ki, keçmiş həyat yoldaşı və məşhur aktrisa haqqında jurnalistlərə heç bir söz deməyib:

“Bu gün qəzetlərdə çıxan açıqlama mənə aid deyil! Heç bir müxbirə məsələ ilə bağlı açıqlama verməmişəm. Həddini bilməyən insanların adımdan xəbər yazması ağlasığmaz dərəcədə çirkindir və yazılanlar həqiqətləri əks etdirmir. Hansı məqsədlə yazıldığını başa düşmədiyim yazıyla bağlı müvafiq hüquqi prosedurlar başlayıb”.

Məlumat üçün bildirək ki, bəzi xəbər saytları Onur Saylakın adından aşağıdakı açıqlamanı yazıb:

"Biz Tuba ilə onun sevgilisi olduğu üçün ayrılmadıq. Belə bir şey olmaz. Bu həm ona, həm də mənə təhqirdir. Bizim münasibətimiz onsuz da bitmişdi. Uşaqlarımız üçün çalışdıq, amma olmadı".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm