
Məşhur amerikalı rok-musiqiçi Tom Petti 66 yaşında vəfat edib.
Publika.az “RT”-yə istinadən xəbər verir ki, T.Petti huşsuz halda Malibudakı evində aşkarlanıb.
Qəflətən ürəyi dayanan T.Petti xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.