Keçmiş əri Tuba Büyüküstünə QADAĞA QOYDU - FOTO
Bizi izləyin

Magazin2

Keçmiş əri Tuba Büyüküstünə QADAĞA QOYDU - FOTO

Tuba Büyüküstünün keçmiş həyat yoldaşı Onur Saylak aktrisaya qadağa qoyub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Onur Saylak dünən Adana Film Festivalında iştirak edib. Lakin iddialara görə, aktyor festivala qatılmazdan əvvəl “Tuba Büyüküstün varsa, mən yoxam” deyərək şərt kəsib.

Büyüküstünü iyulda Çexiyada keçirilən festivala dəvət etməyən Saylak eyni reaksiyasını 24-cü Beynəlxalq Adana Film Festivalında da verib. Ən maraqlısı isə odur ki, filmin baş rol ifaçısı Tuba Büyüküstün Adanaya getməsə də, o, festivalda 4 mükafata layiq görülüb. Səbəbi isə keçmiş həyat yoldaşının ona veto qoyulmasıdır.

Saylakın Tuba Büyüküstünü festivala dəvət etməməsinin digər səbəbi keçmiş həyat yoldaşının qalmaqallı həyatının filmdən daha çox müzakirə olunmasını istəməməsidir.

Məlumat üçün bildirək ki, 6 il Onur Saylakla evli olan aktrisa keçən il ərinin çəkdiyi “Daha” filmində rol alıb. Aktrisanın Umid Evrigenlə sevgili olduğu üzə çıxdıqdan sonra filmin rejissoru olan O.Saylak Tubanın adını filmin afişasından sildirib.

Aktyora yaxın mənbələrin verdiyi məlumata görə, onun əkiz qızlarının anası ilə barışmağa niyyəti yoxdur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm