Anası cavan oğlanla görüşən Tuba Büyüküstünə qəzəbləndi - Restoranda dalaşdılar
Bizi izləyin

Magazin2

Anası cavan oğlanla görüşən Tuba Büyüküstünə qəzəbləndi - Restoranda dalaşdılar

Tuba Büyüküstünün anası qızının özündən 9 yaş gənc olan iş adamı Umid Evirgenlə görüşməsinə qarşı çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuba Büyüküstünün anası Handan Büyüküstünün bu münasibətə qarşı çıxamasının 2 səbəbi olduğu irəli sürülüb.

İddialara görə, Tuba Büyüküstün ilə anası Handan Büyüküstün bir neçə gün əvvəl məşhur restoranda görüşüb. Ancaq görüş gərginliklə başa çatıb. Tuba Büyüküstün qəzəblənərək masanı tərk edib. Anası da daha sonra hesabı istəyərək qalxıb. Ana ilə qızın münasibətləri Tuba Ümidlə görüşdükdən sonra pisləşməyə başlayıb.

1. Birinci səbəbi odur ki, Ümid Evirgen onun Tuba Büyüküstünlə birlikldə şəkillərini çəkən müxbirə zor tətbiq edib, bu səbəbdən də iş adamı 1 ay həbsxanada qalmışdı. Bu hadisə aktrisanın imicini zədələmişdi.

2. Ümid Evirgenin Tuba Büyüküstünün pərəstişkarı ilə İstanbul Atatürk Hava Limanında mübahisə etməsi vəziyyəti bir az da qəlizləşdirib.

Məlumat üçün bildirək ki, Tuba Büyüküstün Onur Saylakla 6 il evli olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm