Məşhur rəqqasə iş adamına ərə getdi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur rəqqasə iş adamına ərə getdi - FOTO

Oriental Asena iş adamı ilə evlənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəqqasənin dünən 3 illik sevgilisi Həsən Dərə ilə nikah mərasimi baş tutub. Məşhur hotellərin birində keçirilən toyda cütlüyün ailələri ilə yanaşı, yaxın dostları da iştirak edib.

Məlumat üçün bildirək ki, Həsən Dərə Asena ilə tanış olduqdan sonra həyat yoldaşından boşanıb. Daha sonra Həsən Dərə vaxt itirmədən İzmirə elçiliyə gedərək Asenanı atası Burhan Çakmakdan istəmişdi. Elə həmin gün də nişan üzüyünü taxmışdı.

Rəqqasənin sevgilisi Həsən Dərə restoran və gecə klubu sahibidir.

Məlumat üçün onu da bildirək ki, ərəb rəqslərinin mahir ifaçısı uzun illər İbrahim Tatlısəslə sevgili olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm