Məşhur aktyor: “Qızıma sataşan olsa, gözümü qırpmadan öldürərəm” - - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktyor: “Qızıma sataşan olsa, gözümü qırpmadan öldürərəm” - - FOTOLAR

Hollivudun dünya şöhrətli aktyoru, "Rokki" və "Rembo" obrazı ilə adını tarixə yazdıran aktyor Silvestr Stallone ötən gün qızları ilə birlikdə Kaliforniyanın məşhur restoranlarından biri "Casa Vega"da görülüb.

Publika.az Daily Mail-a istinadən xəbər verir ki, 3 qız atası olan 71 yaşlı aktyor 3 dəfə ailə həyatı qurub. Onun sonuncu evliliyindən 3 qızı - Sofiya, Sistin və Skarlet dünyaya gəlib.

21 yaşlı Sofiya, 19 yaşlı Sistin və Skarlet bacılarının müşayəti ilə jurnalistlərə müsahibə verən aktyor deyib ki, qızlarım mənim əsl sərvətimdir.

Restoranı tərk edərkən "Qızlarımı çox sevirəm. Onlara artıq söz deyən olsa, gözümü qırpmadan öldürərəm", - deyə jurnalistlərlərlə zarafat edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm