Magazin2
Nəbahat Çehrə seriallardan sərvət qazanan türk ulduzlarından NƏLƏR DEDİ?
Nəbahat Çehrə türk ulduzların seriallardan sərvət qazanması haqqında danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisalıq karyerasına 56 il əvvəl başlayan Nəbahat Çehrə seriala çəkilmək üçün yüksək miqdarda qonorar tələb etməsinə aydınlıq gətirib. O, “Hər seriya üçün 80 min TL istədiyiniz doğrudurmu?” sualına belə cavab verib:
"Qəbul etmədiyim seriallara baxıram, reytinqləri yaxşı deyil. Çoxunun yayımı dayandırılıb. Əgər layihə uğurlu alınmayacaqsa, niyə çəkilim ki? Aktyorların yüksək miqdarda pul istəməsi çox təbiidir. Seriallarımız 80-dan artıq ölkədə göstərilir və bəyənilir. Biz çox şişirdilmiş məbləğlər almırıq. Hollivudda da belədir? Adamlar bir film çəkir, ömürləri boyu çatacaq pulu qazanırlar. Burada aktyorlar nə alır? Bizim ulduzlarımız da yaxşı pullar almalıdır”.
Aktrisa "Mehmed” serialında baş rol oynayan Kənan İmirzalıoğlunun hər seriya üçün 350 min TL alması haqqında da açıqlama verib:
“O rəqəmə inanmıram. Kənan dəli kimi çalışır, amma mənə görə bazarda hələ bu pullar dövr etmir. Çox şişirdilmiş rəqəmdir”.
Aytən
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO