Tanınmış aktrisa mənzildə ölü tapıldı
Bizi izləyin

Magazin2

Tanınmış aktrisa mənzildə ölü tapıldı

Gürcüstanın tanınmış aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.

Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.

Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı “Arzu ağacı” filmindən sonra məşhurlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm