Acun “O səs Türkiyə”də irqçilik qalmaqalına NÖQTƏ QOYDU - “Əxlaqsızlıq!” - - FOTO
Bizi izləyin

Magazin2

Acun “O səs Türkiyə”də irqçilik qalmaqalına NÖQTƏ QOYDU - “Əxlaqsızlıq!” - - FOTO

“O səs Türkiyə” müsabiqəsinin rəhbəri Acun İlicalı jüri üzvləri - Yıldız Tilbe ilə Gökhan Özoğuz arasında yaşanan “irqçilik” mübahisəsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, TV8 kanalının da rəhbəri olan Acun sosial şəbəkə hesabında Yıldız Tilbe ilə selfisini paylaşıb. “O səs Türkiyə”nin çəkilişlərində “irqçilik” münaqişəsi yaşanmadığını bildirən layihə rəhbəri “mış”, “miş”lərə görə kiməsə irqçi damğası vurmağa çalışanları “əxlaqsız adlandırıb”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İlicalının İnstaqramdakı statusunu təqdim edirik:

“Son günlərdə reytinqli informasiya tapmaqda çətinlik çəkən bəzi yoldaşlar sevimli Yıldız Tilbe ilə bağlı həqiqətə uyğun olmayan hansısa bir xəbəri gündəmə gətirməyə çalışırlar. “O səs Türkiyə” çəkilişlərində yaşandığı söylənilən irqçilik qalmaqalı iftiradan başqa bir şey deyil. Tilbe xarici dil bilmədiyi üçün, başqa sözlə, xarici mahnılara şərh verməkdə çətinlik çəkdiyi üçün bu tip repertuar seçən iştirakçılara dönmədiyini bildirib. Bu səmimi açıqlamanın irqçiliklə nə əlaqəsi ola bilər ki? Bu sözləri başqa istiqamətə yozanların isə bir məqsədi ola bilər: sensasiya yaratmaq. Bu isə əxlaqa ziddir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm