Qaçqın düşərgəsində doğulan gözəl Hollivudun gündəmi oldu - FOTOLAR
Bizi izləyin

Magazin2

Qaçqın düşərgəsində doğulan gözəl Hollivudun gündəmi oldu - FOTOLAR

1993-cü ildə Suriyadakı bir qaçqın düşərgəsində dünyaya gələn iraqlı Viviyan Nouri Hollivuda qədər uzanan həyat hekayəsi ilə bütün diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, 24 yaşlı gözəlin ailəsi 1991-ci Körfəz Müharibəsindən sonra Suriyaya sığınıb. 1995-ci ildə isə Yeni Zelandiya tərəfindən qaçqın kimi qəbul edilib. 4 yaşlı Viviyan da elə burada musiqi ilə maraqlanmağa başlayıb və gələcəyinin bünövrəsini qoyub.

O, 16 yaşında Yeni Zelandiya prezidentinin də qatıldığı bir tədbirdə çıxış edib. Daha sonra kompüter mühəndisliyi təhsilini yarımçıq qoyaraq ABŞ-a gəlib və müğənni kimi karyera qurmağa cəhd edib.

Burada Hollivud prodüserlərinin diqqətini çəkən Viviyan qısa müddətdə ən məşhur filmlərin saundtreklərini ifa etməyə başlayıb.

Qaçqın düşərgəsində doğulan bu gözəlin uğur hekayəsi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm