Məşhur şəxslərin çılpaq fotoları ƏLƏ KEÇİRİLDİ
Bizi izləyin

Magazin2

Məşhur şəxslərin çılpaq fotoları ƏLƏ KEÇİRİLDİ

Hakerlər İngiltərənin paytaxtı Londonda məşhurların getdiyi estetik mərkəzə hücum edib.

Publika.az xəbər verir ki, London Körpü Cərrahiyyə Mərkəzinə edilən hücum nəticəsində terrobitlərlə məlumat ələ keçirilib. Hadisə ilə bağlı polis araşdırma aparır.

Hakerlərin klinikanın müştərilərinin cinsiyyət orqanları daxil olmaqla, bədənlərinin bir çox orqanlarının fotolarını ələ keçirdiklərini iddia edilir.

Hətta kiberhücmlar nəticəsində ələ keçirilən məlumatlar arasında “krallıq ailəsi”nə aid bilgilərə də rastladıqları irəli sürülür. Hakerlər əldə etdikləri məlumatları, şəkilləri adlarla birlikdə internetdə yayacaqlarını bildiriblər.

Polis isə kiberhücumla bağlı onlara oktyabrın 17-də şikayət edildiyini, lakin hələ ki, yaxalananların olmadığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm