Gülben Ergeni öldürmək istəyənlər həbs olundu
Bizi izləyin

Magazin2

Gülben Ergeni öldürmək istəyənlər həbs olundu

Son bir aydır maqazin dünyası Gülben Ergen və bir il öncə boşandığı həyat yoldaşı Erhan Çelikin xəbərləri ilə çalxalanır.

Publika.az xəbər verir ki, sənətçi maşınının bıçaqla cızılmasından sonra polisə Erhan Çelikdən şikayət ərizəsi yazıb.

Həmçinin, Ergen polisə yazdığı ərizədə şəxsi telefonuna iki ayrı nömrədən öldürüləcəyi ilə bağlı təhqir və şantaj mesajlarının gəldiyini bildirib. O, qeyd edib ki, mesajda “Sonun Deniz Seki kimi olacaq” sözləri yer alıb.

Polisin başlatdığı əməliyyatdan sonra mesajları göndərən şəxslərin Emre və Harun adlı şəxslər olduğu deyilib. Aparılan araşdırma nəticəsində hər iki şəxsin Erhan Çelikin işçiləri olması faktı təsdiqlənib. Belə ki, Emre onun katibəsinin qardaşı, Harun isə sürücüsü olub.

Şübhəli şəxs qismində dindirilən Emre mesajları yazdığını boynuna alaraq, günahı öz üzərinə götürüb.

Polisin digər araşdırmaları nəticəsində hər iki şəxsin əvvəllər də məhkum həyatı yaşadığı ortaya çıxıb. Belə ki, Emrenin narkotik istifadəçisi olması, Harunun isə adam yaralaması onların həbsinə şərait yaradıb.

Qeyd edək ki, Gülben Ergenin eks-həyat yoldaşı Erhan Çeliklə münasibətlərinin pisləşməsinə səbəb isə ifaçının adının xəyanət qalmaqalında hallanmasıdır.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm