14 yaşlı model işləməkdən öldü - - FOTO
Bizi izləyin

Magazin2

14 yaşlı model işləməkdən öldü - - FOTO

Çində 14 yaşlı Vlada Dzyuba adlı model çox işləməkdən ölüb.

Publika.az xəbər verir ki, model Şanxayda təşkil edilən 13 saatlıq dəfilədən sonra olduqca yorğun hiss etdiyini deyib. Dərhal xəstəxanaya aparılan gənc model komaya düşüb. O, həkimlərin səylərinə rəğmən, ölümdən xilas ola bilməyib.

Azyaşlı qızın anası Oksana Dzyuba Rusiyanın “NTV” kanalına açıqlama verib:

“Qızım davamlı ağrı hiss etdiyini deyirdi. Çox yorulduğunu və yatmaq istədiyini söyləyirdi. Meningit xəstəliyi var idi. Bu xəstəlik başlayarkən onun heç bir simptomunu görə bilməmişdik. Sonra qızdıması qalxdı. Qızım dəfilədə ikən dəfələrlə ona zəng edib xəstəxanaya getməsini istədim”.

Gənc məktəbli və model Vladanın ölümü Çin moda sənayesinin qaydalarındakı problemləri ortaya çıxarıb. Çində modellərin sağlamlığından kimin cavabdehlik daşıdığı hələ də müəyyən edilməyib.

Vladanın tragik ölümü Çindəki dizayner və dəfilə işçilərində böyük şübhələr oyandırmağa başalyıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm