“Medcezir”in aktrisası PKK paylaşımına görə HAKİM QARŞISINDA
Bizi izləyin

Magazin2

“Medcezir”in aktrisası PKK paylaşımına görə HAKİM QARŞISINDA

“Medcezir” serialından tanıdığımız türkiyəli aktrisa Hazar Ergüçlü PKK sənədli filmini sosial media hesabından paylaşaraq, onları təbliğ etmə səbəbilə hakim qarşısına çıxıb.

Publika.az xəbər verir ki, İstanbul Ədliyyə Mərkəzinə gətirilən aktrisa etdiyi hərəkətə belə açıqlama verib:

“Mənə sosial şəbəkədən xeyli sayda qısa filmlər gəlir. Bunu da bir izləyicim göndərmişdi. Mən də baxmadım, dəstək olmaq məqsədilə paylaşdım. Digər bir izləyicim məni xəbərdar edəndən sonra da tələsik şəkildə sildim”.

Hakim isə onun açıqlaması qarşısında aktrisanı məhkəmə zalından sərbəst buraxıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm