Tənqidçi erotik səhnələri ilə reytinqləri qıran serialdan danışdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Tənqidçi erotik səhnələri ilə reytinqləri qıran serialdan danışdı - FOTOLAR

Televiziya tənqidçisi Mesut Yar “Fi” serilanın ikinci mövsümü haqqında fikirlərini bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fi” serialı yeni mövsümdən etibarən “Çi” adıyla yayımlanacaq. Tənqidçi erotik səhnələri sayəsində reytinqləri qıran serial haqqında fikirlərini belə ifadə edib:

“Puhu TV-də yayımlanan “Fi”nin ikinci mövsümü “Çi” adı altında göstəriləcək. Bildiyim qədəriylə noyabrın 9-da yayımlanacaq, ilk mövsümdə çox müzakirə edilən erotik səhnələrin və Can Manay psixi pozğunluğunun yeni seriyalarını izləyəcəyik. Serialın internet reytinqi də xeyli yüksəkdir. İlk fraqmemtlərdən başa düşdüyüm qədəriylə sevgilisindən ayırdığı Duru ilə Can Manayın macəraları maqazin gündəmini yenidən zəbt edəcək. Vallah "Show TV” bu serialın yayım haqlarını aldığını eşitdiyim gündən bəri məni bir sual düşündürür. Onlar bu səhnələri necə yayımlayacaq?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm