• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO

  • Magazin2
  • 16 Noyabr 2017 11:45
  • 1 697 Baxış
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir?  - FOTO

Tuba Büyüküstün Ancelina Coli ilə Los Ancelesdə görüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın Los Anceles şəhərində keçirilən Beynəlxalq Asiya Film Festivalında münsif kimi iştirak edən Tuba Büyüküstün orada Hollivud ulduzu Ancelina Coli ilə söhbət edib və şəkil çəkdirib.

İki ulduz Colinin rejissorluğu ilə çəkilən "Əvvəlcə atamı öldürdülər" adlı təqdimatından sonra təşkil olunan kokteylində görüşüb. YUNİSEF-in xoşməramlı səfiri olan Tuba Büyüküstünlə BMT-nin xoşməramlı səfiri olan Coli sosial məsuliyyət layihələri və kino haqqında söhbət edib.

Yeri gəlmişkən qeyd edək ki, Coli də, Büyüküstün də xüsusilə qaçqın uşaqlar üçün gördüyü xeyriyyə işləriylə tanınır. Ötən illərdə hər iki sənətçi bütün dünyanın diqqətini qaçqın uşaqların vəziyyətinə çəkmək üçün həm Türkiyədəki, həm də İordaniyadakı düşərgələri ziyarət edib.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR