Çağatay Ulusoy lüks malikanədə dünya ulduzları ilə...
Bizi izləyin

Magazin2

Çağatay Ulusoy lüks malikanədə dünya ulduzları ilə...

Çağatay Ulusoy indidən Hollivud ulduzları ilə səmimi münasibətə başlayıb.

Publika.az xəbər verir ki, tanınmış aktyor Yeni İli Bleyk Layvli və Ryan Reynoldsun Nyu Yorkdakı malikənəsində qarşılayacaq.

4 aydır Los Ancelesdə yaşayan Ulusoy aktyor müəllimi Lori Layvli ilə üzünə açılan qapılar sayəsində bir çox dünya şöhrətli prodüser və rejissorla tanış olub. O, qatıldığı tədbirlərin birində 2018-ci ili qarşılamaq üçün Bleyk Layvlidən lüks malikanələrində keçiriləcək partiyə dəvət alıb.

Nyu Yorkun Bedford qəsəbəsində 2 milyon dollarlıq villalarında mərasim keçirəcək olan Hollivudun məşhur cütlüyü Çağatayla yanaşı bir çox dünya şöhrətli ulduzu qonaq edəcək.

Qeyd edək ki, ötən il də “Dolce & Gabbana”nın Los Ancelesdəki pijama partisinə qatılan Çağatay Ulusoy Bleyk və Ryan cütlüyünü qonağı olan yeganə türkiyəli aktyor idi.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm