Ebru Gündeşin gözmuncuğulu VİLLASINDAKI SON GÜNLƏRİ - FOTO
Bizi izləyin

Magazin2

Ebru Gündeşin gözmuncuğulu VİLLASINDAKI SON GÜNLƏRİ - FOTO

Amerikada həbsxanada olan Rza Zərrabdan boşanmağa qərar verən Ebru Gündeş əkiz villasından köçür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi əşyalarını toplamağa başlayıb. Dünən Ebru Gündeş kameralara görünməmək üçün mühafizə xidmətinin və xadimələrin köməyi ilə evə daxil olub və çıxıb.

Evin girişidində yuxarıdan asılan gözmuncuğu xüsusi diqqət çəkib. Bundan başqa villanın damına qağayıların qonmaması üçün çəkilən tikanlı məftil də gözə çarpıb.

Məlumat üçün onu da bildirək ki, İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyədəki bütün mal-mülkünə həbs qoyulan Rza Zərrabın Bodrumdakı "60 years" adlı 7 milyon avroluq yelkənli lüks yaxtası da 1 ildən çoxdur ki, zavodda saxlanılır.

Yaxtaya həbs qərarı qoyulub-qoylmaması hələ ki, məlum deyil. Məlumat üçün bildirək ki, Rza Zərrabla Ebru Gündeşin nikah müqaviləsinə əsasən, yaxta müğənnidə qalmalıdır. Çünki milyonçu bu yaxtanı da həyat yoldaşına hədiyyə etmişdi.

Yaxtanın adının “60 il” olması iş adamının Ebru Gündeşə verdiyi "60 il heç vaxt ayrılmayacağıq" andını ifadə edir. Hətta Rza Zərrab 60 il sözlərini bədəninə də döymə etdirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm