Magazin2
Van Damm kinodan uzaqlaşır - Şəbəkə biznesinə qoşulacaq
Hollivudun dünya şöhrətli aktyoru Jan-Klod Van Damm kino sahəsində yaranan problemlər səbəbindən yeni biznes sahələrinə yatırım edəcəyini bildirib.
Publika.az xəbər verir ki, “The Guardian” nəşrində yayımlanan məlumata görə, aktyor Türkiyədə sağlamlıq və idman mərkəzləri ("Fitness&Health") şəbəkəsi açacaq.
Aktyorun layihələri ilə bağlı Türkiyənin İstanbul şəhərinə gəlməsi gözlənilir.
Türkiyəli iş adamları ilə razılıq əldə olunduğu halda ölkənin İzmir, İstanbul, Ankara və İzmit şəhərlərində mərkəzlərin açılacağı planlaşdırılır.
Van Dammın maliyyələşdirəcəyi layihələrin rəhbəri qeyd edib ki, Türkiyədən başqa Nyu York, Dubay və Londonda da sağlamlıq və idman mərkəzlərinin tikilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Van Dammın fitness müəllimi kimi fəaliyyət göstərmə ehtimalı da var.
Könül Cəfərli
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər