“Çukur” serialının ulduzu məşhur aktyorla sevgili oldu və səhərə qədər... - FOTO
Bizi izləyin

Magazin2

“Çukur” serialının ulduzu məşhur aktyorla sevgili oldu və səhərə qədər... - FOTO

Dilan Çiçək Dənizin məşhur aktyor Furkan Ardıçla görüşməyə başladığı iddia edilib.

Publika.az “Postamagazin.com”a istinadın xəbər verir ki, kino ulduzu dünən dostlarıyla “Gizli Kalsın” klubunda səhərə qədər əylənib. “Çukur” serialının baş rol ifaçısı və “Miss Turkiyə 2014” ün ikincisi olan Dilan Çiçək Dəniz klubda Furkan Ardıçla tanış olub. Cütlük əvvəlcə səmimi söhbət edib, sonra isə səhərə qədər qucaqlaşıb rəqs edib.

Xatırladaq ki, 22 yaşlı aktrisanın “Çukur” serialındakı sevişmə səhnələri iki illik sevgilisi Okan Can Yantırla münasibətlərinin pozulmasına səbəb olmuşdu. Cütlük bu yaxınlarda ayrılıb.

Dilan Çiçək Dənizin iki həftə əvvəl isə həmkarı Birand Tunca ilə sevgili olduğu irəli sürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm