Mahsun Kırmızıgül 13 il sonra Nurgül Yeşilçayla...
Bizi izləyin

Magazin2

Mahsun Kırmızıgül 13 il sonra Nurgül Yeşilçayla...

Mahsun Kırmızıgül Nurgül Yeşilçayla eyni serialda oynayacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 13 ildir musuqi karyerası ilə vidalaşıb özünü rejissor kimi sınayan Mahsun yenidən ekranlara qayıtmağa qərar verib. Kırmızıgül 1982-ci ilə aid "Gülsüm Ana” filmindən ilham alınaraq yazılan serialda Nurgül Yeşilçayla baş rolu oynayacaq.

Serialın ssenarisini Səma Ergenekon ilə Eylem Canpolad yazıb. Aktyor bildirib ki, ssenari hələ tam hazır deyil. Ssenari bitdikdən sonra digər aktyor heyəti də müəyyən ediləcək.

Serial uşaqları ilə birlikdə qan davasından qaçıb böyük şəhərdə qapıçılıq edən kəndli qadınının böyük mübarizəsindən danışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm