Azərbaycan əsili müğənninin ölüm xəbəri İbrahim Tatlısəsi QƏHƏRƏ BOĞDU
Bizi izləyin

Magazin2

Azərbaycan əsili müğənninin ölüm xəbəri İbrahim Tatlısəsi QƏHƏRƏ BOĞDU

Azərbaycan əsilli müğənni Nuray Hafiftaşın ölüm xəbəri imperator İbrahim Tatlısəsi qəhərə boğub.

Publika.az xəbər verir ki, uzun müddətdir xərçəngdən müalicə alan Nuray Hafiftaş bu gün vəfat edib. Həyatını itirən müğənninin ölüm xəbərini eşidən İbrahim Tatlısəs də təsirləndiyini etiraf edib. İnstaqramda Nuray Hafiftaşla fotosunu paylaşan imperator bu sözləri yazıb: “Dərin kədər içindəyəm. Səsinlə, sənətinlə hər zaman həyatımızda oldun. Sənin üçün çox darıxacağam”.

Türk Xalq Musiqisinin yaşıl gözlü kraliçası Nuray Hafiftaşın dəfni ilə bağlı Prezident Ərdoğan göstəriş verib. Vida mərasimindən sonra Nuray Hafiftaşın cənazəsi sabah İstanbulda dəfn ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm