Magazin2
Sibel Can haqqında inanılmaz İDDİA - Nənəsini küçəyə atdı
Müğənni Sibel Canın alzeymer xəstəliyindən əziyyət çəkən nənəsinə baxmadığı iddia edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası Əminə Gül Sezəri 2006-cı ildə itirən sənətçi təsəllini nənəsində tapmışdı. Nənəsinə doğulduğu Karagümrükdə ev verən Sibel Can digər qohumları üçün düşünərək altında dükanı olan üç mərtəbəli bina almışdı. Müğənni bu mənzillərindən birini dayısına digərini isə Alzeymer xəstəsi olan nənəsi vermişdi.
“Duymayan Kalmasın” proqramında verilən xəbərə görə, Sibel Can Karagümrükdəki daşınmaz əmlaklarını satışa çıxarıb. Nəticədə alzeymer xəstəsi olan nənəsi və dayısı evsiz qalıb. Evsiz qalan Sibel Canın nənəsi indi gah oğulları, gah da qızlarında qalır. Bu mərhələdə Sibel Canın nənəsi ilə maraqlanmadığı iddia edilib. Baş verən bu hadisələrdən sonra məhəllə sakinləri Sibel Canı günahlandırıb.
Sibel Can haqqında ortaya atılan iddialar qarşısında səssizliyini qoruyub saxlasa da, onun xalası Figen Cangür xəbərin əsassız olduğunu bildirib. Sibel Canı müdafiə edən Figen Can bunları yazıb:
"Dostlar xəbərlərin heç biri doğru deyil. Sibel Can 12 yaşından bəri çalışır, bütün ailəyə baxır. Nənəsini küçəyə atmayıb. Anamın ehtiyaclarını maddi baxımdan Sibel Can qarşılayır, mənəvi isə mən baxıram. Anamız hər zaman bizim yanımızdadır”.
-
Rəsmi xronika21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin120:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial20:10
Ağdamda tikilən evlərin FOTOLARI
-
Dünya19:48
Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" - FOTO/VİDEO
-
Region19:24
Pezeşkian Ermənistan hakimiyyətini təbrik etdi
-
Sosial18:24
Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır
-
Rəsmi xronika17:37
İlham Əliyev Ağdamda - Yeniləndi