Məşhur modelin öldürülmə səbəbi məlum oldu - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur modelin öldürülmə səbəbi məlum oldu - FOTOLAR

“Pleyboy” jurnalının tanınmış modeli Anastasiya Çekatinin qətl səbəbi məlum olub.

Publika.az xəbər verir ki, Anastasiya 18 fevral 2018-ci il tarixində həyat yoldaşı, stomatoloq Aleksey Mitaki tərəfindən qətlə yetirilib. Cinayətkar daha sonra intihar edərək özünü də öldürüb. Aparılan istintaq nəticəsində məlum olub ki, cütlüyün Alekseyin məşuqəsi olduğu üçün münaqişələr yaşadığı fikri yanlışdır.

Belə ki, baş müstəntiq Aleksandr Panzır cinayət haqqında bunları deyib:

“Biz iindi cinayət ilə bağlı daha dəqiq məlumatlara sahibik. Faciənin əsasında şəxsi münaqişələr dayanır. Anastasiyanın qətli qısqanclıq zəminində baş verib və cinayətkar daha sonra intihar edərək öz həyatına da son qoyub”.

Qeyd edək ki, modelin qətlə yetirildiyi bıçaq hadisə baş verən otaqda tapılıb. Onun üzərində Anastasiyanın qanı və həyat yoldaşlarının əl izləri aşkarlanıb. Hadisə zamanı qapının içəridən kilidli olması isə cinayətdə üçüncü bir şəxsin olma ehtimalının üzərindən xətt çəkir.

Hadisə yerində cütlüyün qızı tapılıb. O, hazırda uşaq poliklinlikasındadır və həyatı üçün heç bir təhdid yoxdur.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm