Reytinqləri alt-üst edən türk serialında Azərbaycana qarşı BÖYÜK HÖRMƏTSİZLİK - VİDEO
Bizi izləyin

Magazin2

Reytinqləri alt-üst edən türk serialında Azərbaycana qarşı BÖYÜK HÖRMƏTSİZLİK - VİDEO

Son günlərin ən populyar türk serialı "Sən anlat Karadeniz”in son bölümündə Azərbaycana qarşı hörmətsizlik diqqətdən qaçmayıb.

Publika.az xəbər verir ki, adıçəkilən ekran işində "Əli və Nino” romanının müəllifinin azərbaycanlı yazıçı Qurban Səid olduğu qeyd edilməyib.

Osman Sınavın rejissoruluğu ilə çəkilən serialın 4-cü bölümündə baş rol ifaçısı Tahir Nəfəs adlı qadın və onun oğlu ilə birlikdə Batumiyə yollanıb. Onlar Gürcüstanın ən məşhur "Əli və Nino” abidəsini ziyarət edib və onların sevgi macərasından bəhs ediblər. Lakin Əlinin (Əlixan Şirvanşir) azərbaycanlı olduğu, Bakıda doğulub-böyüdüyü, hadisələrin Bakıda baş verməsi və Əlinin 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti uğrunda müharibə zamanı həlak olması haqqında danışılmayıb. Tahir abidənin tarixini qısa şəkildə şərh edərək onu məhəbbət əfsanəsi kimi təqdim edib. "Əli və Nino" heykəli şərq kişisi ilə qərb qadının nakam məhəbbət əfsanəsi kimi göstərilib. Bu məqam azərbaycanlı izləyicilərin qınağına səbbə olub.

Əsərin müəllifinin Qurban Səid və ya Yusif Vəzir Çəmənzəminli olduğu ehtimal edilməsi və hadisələrin Azərbaycanda baş verməsi haqqında heç nə deyilməyib.

"Əli və Nino” romanı iki bakılının - müsəlman Əlixan Şirvanşirlə gürcü qızı Nino Kipianinin sevgi macərasından bəhs edir. Əsər 1918-ci ildə yazılıb. “Əli və Nino” ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır. Sevgi heykəli kimi tanınan “Əli və Nino” Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşir. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb.

Heykəlin açılışı 14 oktyabr, 2010-cu ildə baş tutub. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili heykəlin açılışında çıxış edərək abidənin "gürcü və Azərbaycan xalqlarının dostluq rəmzi" və adi bir heykəl olmayıb, böyük tarixi əhəmiyyətə malik abidə olduğunu vurğulayıb:

“Əli və Nino" abidəsi gürcü və Azərbaycan xalqlarının dostluq rəmzidir"

Hərəkətli, metal konstruksiyanın hündürlüyü 7 metrdir, abidənin fiqurları on dəqiqə ərzində qovuşub sonra təzədən ayrılırlar. Abidənin müəllifi Tamara Kvesitadzedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm