Aktrisalara soyunmaq QADAĞAN EDİLDİ
Bizi izləyin

Magazin2

Aktrisalara soyunmaq QADAĞAN EDİLDİ

Amerikalı aktyorların həmkarlar ittifaqı olan "Equity" (“Bərabərlik”) seks-qalmaqalların, psixoloji təzyiq və təcavüzlərin qarşısını almaq məqsədilə kinematoqrafçılar üçün qaydalar dərc edib.

Publika.az xəbər verir ki, tövsiyə-qaydalar gender bərabərliyi, kastinq prosesi və yataq səhnələrinin çəkilməsi məsələlərinə toxunur.

Qaydalar rejissorların rola namizədliyini irəli sürən aktyorlardan soyunmaq tələbini qadağan edib. İstisna hal isə yalnız əvvəlcədən danışılmış olarsa və səhnədə baş verərsə, mümkün ola bilər.

Bundan başqa, kastinq zamanı aktyorlardan və aktrisalardan seksi immitasiya edən etüd göstərməyi tələb etmək olmaz. Prodüserlər aktyoru və aktrisanı filmdəki erotik səhnə haqda müqavilə bağlamazdan əvvəl xəbərdar etməlidirlər.

Xatırladaq ki, Hollivudda məşhur prodüser Xarvi Vaynşteynlə yaşanan seks qalmaqallarından sonra başqa rejissorların və aktyorların da vəzifəsindən, mövqeyindən istifadə edərək təcavüzkar hərəkətlər etdiyi ortaya çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm