Dünya ulduzu azərbaycanlı modellə eyni kostyumda - FOTO
Bizi izləyin

Magazin2

Dünya ulduzu azərbaycanlı modellə eyni kostyumda - FOTO

Dünyaca məşhur müğənni J Balvin həmyerlimiz top model Stefano Suarosun kostymundan əldə edib.

Publika.az xəbər verir ki, həmyerlimiz fevral ayının 10 da Nyu-York dəb həftəsində dizayner Cori Tranin yeni kolleksiyasının dəfiləsində iştirak edib. Həmin gecənin qonaqları arasında məşhur müğənni J Balvin də olub.

Stefano Suaros bizə açıqlamasında bildirib ki, şoudan sonra məşhur müğənni yeni çəkəcəyi klip üçün məhz həmyerlimizin təqdim etdiyi geyimdən istifadə edəcək.

"Mi Gente" mahnısı ilə populyarlıq qazanan J Balvin həmin geyimlə etdiyi fotosessiyanı öz instaqram səhifəsində paylaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm