“Kaybedenler Kulübü” filminin qala gecəsi keçirildi - FOTO
Bizi izləyin

Magazin2

“Kaybedenler Kulübü” filminin qala gecəsi keçirildi - FOTO

“Kaybedenler Kulübü Yolda” filminin qala gecəsi baş tutub.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, çoxdan gözlənilən filmin ikinci hissəsi bu gündən etibarən kinoteatrlarda təqdim olunmağa başlanacaq.

Ekran işinin rejissoru və ssenarisi Məmməd Ada Öztekindir. Baş rollarda Nejat İşlər, Yiğit Özşenerlə yanaşı, Hande Doğandemir və Merve Çağıran da çəkilib.

Yaradıcı heyət nümayiş öncəsi mətbuat nümayəndələrinin qarşısına çıxıb sualları cavablandırıb. "Hande Doğandemir və Merve Çağıran filmdə kiminlə eşq yaşayır?" sualına Rza Kocaoğlu cavab verib: "Məhəbbət dedikdə hamı mənə baxdı. Mən bir qədər həssasam. Çox üzərimizə gəlirsiniz, bu səbəbdən də sizdən inciyirəm. Bu filmdə mən Sarpla eşq yaşayıram! Mənim tərəf müqabilim də odur".

Azərbaycanda da sevilən məşhur filmin ikinci hissəsi Kaan və Metenin Olimpos tətilindən qayıtdıqdan sonra yolda yaşadıqları macəralardan bəhs edəcək. Tətildən sonra əsas obrazlar motosikletlə İstanbula doğru yola çıxır. Ancaq yolda iki gözlənilməz qonaq da onlara qoşulur. Əsas hadisələr də bundan sonra cərəyan edəcək.

Qala gecəsində filmi izləməyə gələnlər arasında tanınmış sənət adamları da olub. "Məryəm" serialında acı-qardaş rolunu canlandıran Bestemsu Özdəmir və Serkan Onat qaladan əl-ələ ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm