Hadisə səhnəyə elə geyimdə çıxdı ki... – FOTO
Bizi izləyin

Magazin2

Hadisə səhnəyə elə geyimdə çıxdı ki... – FOTO

Hadisənin seksual səhnə kostyumu gündəm yaradıb.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, müğənni dünən Bostançı Şou Mərkəzində konsert verib. 6 rəqqasə ilə birlikdə səhnəyə çıxan müğənni təxminən iki saat ərzində sevilən mahnılarını səsləndirib. İfaçı cəlbdici səhnə geyimi ilə diqqət çəkib.

Hadisə səhnə öncəsi suallara cavab verib. O, "Sıfır Tolerans" mahnısına çəkilən klipi açıq-saçıq olduğu üçün RTÜK-dən cəza aldıqdan sonra "Farkımız var" klipində qapalı geyimdə kamera qarşısına keçməsi haqqında danışıb:

"Əsl istədiyim kimi klip çəkdim. Məni heç bir şey qorxutmur. İstədiyimi edirəm, azad sənətkaram. RTÜK cəza verəcəksə də, verər".

Müğənni daha sonra cəzalar məsələsində ayrı-seçkilik edildiyini dilə gətirib:

"Məncə qadınlar bu məsələdə daha çox əzilir. Kişi sənətçilərinin kliplərində öpüş və sevişmə səhnələri daha çoxdur. Bir qadının rəqsi, bədəni, saçı, makiyajı çox danışılır. Bu məsələdə qadın-kişi ayrı-seçkiliyi aparılır. Mənim küçədə əlimi tutub təşəkkür edən qadınlar olub. Mən də onlara təşəkkür edirəm. Qadının səsi olmağa davam edəcəyəm" dedi.

Paris tətilində Hakan Sabancı ilə əyləndiyi iddia edilən müğənni "Bacılarımla istirahətə getdim. Mənim də tanıdığım insanlar olur. Orada qarşılaşdıq, birlikdə əyləndik. Hadisənin yanında bir kişi görünən kimi dərhal xəbər olur. Mənim həqiqətən həyatımda bir adam olsa, əlini tutub qarşınıza çıxaram" dedi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm