Məşhur müğənnidən ŞOK SÖZLƏR: Qadınlar nə üçün daim eyni kişi ilə yatmalıdır?
Bizi izləyin

Magazin2

Məşhur müğənnidən ŞOK SÖZLƏR: Qadınlar nə üçün daim eyni kişi ilə yatmalıdır?

Yunan mahnılarının veteran ifaçılarından sayılan türkiyəli müğənni Fedon hesab edir ki, artıq kişilər 50 il bir qadına dözmək məcburiyyətində deyil.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Posta” qəzetinə verdiyi müsahibəsində şəxsi həyatı haqqında gözlənilməz və mübahisələrə səbəb olan sözlər dilə gətirib. 72 yaşlı müğənninin fikrincə, ailə institutları artıq aradan qaldırılmalıdır.

- 50 ildir ki, Eda Kalyoncu ilə evlisiniz, amma ayrı-ayrı evlərdə yaşayırsınız. Belə evlilik necə olur?

- Yaxşı ər ola bilmədim, amma yaxşı həyat yoldaşıyam. Uşaqlarımın qayğısına qalan qayğıkeş atayam. Heç vaxt boşanmamışam, amma həyat yoldaşım indi mənim həm bacım, həm xalam, həm də anamdır... Hörmətim sonsuzdur. Ölənə qədər başımın tacıdır. Amma bacı qardaş kimi ayrı otaqlarda yatırıq. Bu məsələdə vicdan əzabım böyükdür, amma nə etmək olar? 17 yaşında onunla evlənib, həyatını yemisən... Bu saatdan sonra çiynimdə gəzdirsəm, nə faydası olacaq? Bu da ayrı mövzudur.

- Aranızdakı sevgi bitib?

- Nə sevgisi! Bu vaxta qədər sevgi davam edər? Heç kim özünü aldatmasın. Sevgi ağrılıdır. Sevgi sondur. Sevgini nə zənn edirsiniz? "Sevirəm, yanımda olmasa da..." Elə o, sizinlə olmadığı üçün ona aşiqsiniz də. Fərhad və Şirini eyni yatağa salın görüm sonu nə olur. O dəqiqə sevgiləri bitər.

- İnsan yanındakına aşiq olmaz?

- Xeyr, əfəndim! Yalan-palandır. Evliliyi filan boş verin. Çünki təbiətə ziddir. Hər şey formaldır. Bəlkə mən onu görməyəcəyəm, amma inanıram ki, bəşəriyyət nə vaxtsa nəhayət, bu nikah formallığından xilas olacaq. Bu ailə institutu aradan qaldırılmalıdır. Kişi gedir başqa adamdan icazə alır ki, nikahını kəssin və o, sevdiyi qadınla sevişə bilsin. Eyni qadınla 50 il yatıb-durmağa məcburam? Qadın da 50 il eyni kişi ilə yatmaq məcburiyyətində deyil! Sual verəndə də "Xoşbəxtəm" deyir. Yalansa, p... kimi xoşbəxtsən.

- Evləndiyiniz üçün peşman olmuş kimi görünürsünüz...

- Kimi hissəsi artıqdır. Ən böyük peşmanlığım budur. Amma iki övladım var və onların varlığı ilə şükür edirəm. Onlar üçün bu evliliyin də yaşaması gərək idi.

- Qadınlarla münasibətləriniz də məşhurdur...

- Səhvdir. Kişi şorgöz deyil. Əslində qadınlar flirtə daha meyllidir. Kişi də onu müşayiət edir. Onu yoldan çıxartmaq üçün səhərə qədər yazım və “Bir yolla ürəyinin qapısını açıb içəri girə bilərəmmi?" deyə düşünür. Onun fikrincə, "güc" kişidədir. Bunlar kişilərin xəyallarıdır. Əgər qadın səni seçməzsə, sən bir zibil də deyilsən. Birinci qadın kişini yoldan çıxardır. Kişi isə zənn edir ki, qadını o, özünə aşiq edir.

- Bəs sizi özünə aşiq edən qadın olub?

- Əlbəttə ki, olub. Burada şöhrətin payı da var, çoxu “Fedonla yatdım” demək üçün bunu edir. Qadınları anlamaq çox çətindir. Mühafizəçimin boyu iki metrdir, aslan kimi kişidir, amma ona baxan yoxdur. Lakin həyatımdan məmnunam. Bodruma gedib qayığıma minərəm, kimdənsə xoşum gəlibsə, qadın da məni bəyənibsə, flirtimi yaşayaram. Kimə nə hesab verməliyəm ki?

- Məşhurluğunuza görə çox xanımın sizi bəyənməsi ehtirasınızı azaldır?

- İnsan həqiqətən arzulanmaq istəməzmi? Arzu edilən olmaq başqa bir duyğudur... Onun gələcəyini bilirsən və heç nəyi dərd etmirsən. Bu yaxınlarda biri harada çıxış etdiyimi öyrənmək və məni dinləmək istədiyi üçün yazmışdı. Mən də evdə oxuyuram dedim, evə gəldi, oxudum getdi. Hətta qızımın sinif yoldaşı mənə vurulmuşdu. Qəribədir, amma doğrudur.

- Geyim tərziniz də çox müzakirə olunur. Bir qulağınızda xaç, digərində ay və ulduz. Döymələriniz də çoxdur.

- Şəxsiyyətimi üzərimdə gəzdirirəm. Atatürkün imzasını 25 il əvvəl etdirmişəm. Oğlumun və qızımın da rəsmləri var. Sadəcə, üzümə baxaraq kimliyimi oxuya bilərsiniz. İçim üzümdə və bədənimdə yazılıb. Çiynimə çoxdan aşiq olduğum qadının rəsmini çəkdirmişdim. Ayrıldıqdan sonra dəyişdirmək məcburiyyətində qaldım.

- Səhhətiniz necədir?

- 72 yaşım var. Xoşbəxtəm, amma əsəbiyəm. Səhhətim qaydasında olsa da, hər an hər şeyin baş verə biləcəyini düşünərək yaşayıram.

Ölümdən qorxmuram. Bilirəm ki, ömrünün çoxu gedib, azı qalıb... Amma mənim ölümüm belə qeyri-adi olacaq! Aylarla serumlara bağlı olaraq ölmək istəmirəm. Sürət ehtirasım var. İstəyirəm ki, ya motosiklet, ya da sürət qayığı sürəndə dəhşətli qəza nəticəsində ölüm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm