Hülya Avşar: “Evlilik qadınla kişi arasında xoşbəxtliyi pozur”
Bizi izləyin

Magazin2

Hülya Avşar: “Evlilik qadınla kişi arasında xoşbəxtliyi pozur”

Hülya Avşar aşiq olarsa, həmin şəxslə vətəndaş nikahında yaşamaq istədiyini etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni, aktrisa və aparıcı Hülya Avşar dünən dostu Mengü Asasagun və Levent Cengizhanın nikah şahidi olub.

“Özüm evlənmirəm, heç olmasa nikah şahidi olum” deyə zarafat edən Avşar qızı vətəndaş nikahında yaşamaq istədiyini də dilə gətirib:

“Çoxdandır ki, bu masaya oturmurdum, lakin filmlərdə çox olub. Yuva qurmaq həqiqətən də çox gözəldir. Düşünürəm ki, bəlkə birini taparam, kimsə qarşıma çıxar... Amma məndə haradadır o bəxt?”.

Daha sonra müğənni gəlindən çiçəyi ona atmağı xahiş edib:

“Niyə evlənim ki, sevgilim olarsa, onunla yaşayaram. Heç evlənməsəydim və uşağım olmasaydı, nikah masasına oturardım. Düzü qarşımdakı insana huzur verəcəyimi düşünmürəm. Evlilik qadınla kişi arasındakı xoşbəxtliyi pozur və səhhətimizdə problemlər yaranmağa başlayır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm