Burak Özçivitin rejissoru olduğu “Can Fəda” filminin qala gecəsi baş tutdu - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Burak Özçivitin rejissoru olduğu “Can Fəda” filminin qala gecəsi baş tutdu - FOTO/VİDEO

Dünən Burak Özçivitin rejissoru olduğu “Can Fəda” filminin qala gecəsi baş tutub.

Publika.az xəbər verir ki, baş rollarını Burak Özçivit ilə Kərəm Bürsinin bölüşdüyü ekran işinin qalası “Emaar Square Mal” da həyata keçirilib.

Bu gecədə Fahriye Evcen həyat yoldaşı Burak Özçiviti tək qoymayıb. Kərəm Bürsine isə sevgilisi Serenay Sarıkaya müşayiət edib.

Nümayiş öncəsi filmin yaradıcı heyəti mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Burak Özçivit təəssüratlarını ifadə edib:

“Zəfər mənə "Can Feda” nın ssenarisini gətirəndə çox sevdim və həyəcanlandım. Belə bir layihənin rejissoru olmaqdan mən çox xoşbəxtəm. Amerika filmlərində olmayan və yaşamadıqları hekayələr göstərilib və biz illərlə onlara baxmışıq. İstehsal etdikləri bu filmləri dünyaya sata biliblər. Uşaqlığımız Amerika filmləri ilə keçib. Bəs bu gün serialları bir çox ölkələrdən maraqla qarşılanan və sevilən Türkiyə niyə hərbi mövzusunda kino çəkməsin. Türkiyə ordusu dünyada da ən güclü 5 ordudan biri sayılır. Biz bunları əks etdirməliyik. Niyə filmlərimzidə Türk əsgərinin gücünü dünyaya çatdırmayaq? ”

Kərəm Bürsin isə kran işində cəmiyyətin həssas olduğu məsələlərə yer verildiyini qeyd edib:

"Mənim üçün bu layihədə iştirak etmək çox qürurvericidir. İş prosesində ölkəmizlə bağlı bir çox yeni şey öyrəndim. Müharibə və hücum xəbərlərini qəzetdən oxumaq başqa, o anları filmdə yaşamaq başqadır. impatiya qurmasını öyrənirsən”

Qalaya iştirak edənlər arasında Murad Yıldırım və xanımı İmanın Elbani də olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm