"Kurtlar Vadisi Afrin" GƏLİR? - Ərdoğanla Polat Ələmdarın DİALOQU - VİDEO
Bizi izləyin

Magazin2

"Kurtlar Vadisi Afrin" GƏLİR? - Ərdoğanla Polat Ələmdarın DİALOQU - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi geyimdə Suriya sərhədinə ən yaxın məntəqə olan Oğulpınar Sərhəd Nəzarət Buraxılış Məntəqəsinə səfər edib.

Publika.az xəbər verir ki, səfərdə prezidenti şou-biznesin və idman aləminin məşhur simaları tək qoymayıb.

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polat Ələmdar) da sənətçilər arasında olub.

Görüşdə Müdafiə Nazirliyinin Baş Qəragah rəisi Hulusi Akar, Ərdoğan və Necati Şaşmaz arasında maraqlı dialoq keçib.

H.Akar “Kurtlar Vadisi Afrin” serialının çəkilməsini təklif edib. Aktyor isə “Ola bilər, əfəndim, məncə, çox yaxşı fikirdir”, - şəklində cavab verib. Ərdoğan isə dialoqa “Polat İdlibə də girə bilər yəni” sözləri ilə qoşulub. N.Şaşmaz prezidentin bu sözlərini “Baş komandirim əmr edərsə, anında” cümləsi ilə cavablandırıb.

Gülüşlərə səbəb olan həmin dialoqun görüntülərini təqdim edirik:

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm