Hülya Avşarın ərindən ŞOK AÇIQLAMA: “Biz boşandıqdan sonra dostlarım arvadıma...”
Bizi izləyin

Magazin2

Hülya Avşarın ərindən ŞOK AÇIQLAMA: “Biz boşandıqdan sonra dostlarım arvadıma...”

İş adamı, idman şərhçisi Kaya Çilingiroğlu bildirib ki, Hülya Avşarla boşandıqdan sonra dostları keçmiş həyat yoldaşına eşq elan edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, K.Çilingiroğlu “Posta” qəzetinə verdiyi müsahibəsində inanılmaz açıqlamalar edib: “Çoxları nə işlə məşğul olduğumu soruşur. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul oluram. Bir də TRT-də aparıcılıq edirəm. O da müzakirə edilir. Minimum əmək haqqı 1.600 lirə (təxminən 800 manat) olduğu ölkədə aldığımız pullara pis demək olmaz. Türkiyə şərtlərinə görə, ciddi məbləğdir, lakin deyildiyi qədər də deyil. TRT elə də böyük pullar ödəyən qurum deyil. Sosial media şişirdir. Sosial medianı sevirəm. Bağlanmasına ehtiyac yoxdur. Azadlığın məhdudlaşdırılmasına qarşıyam. Mən ölkəmizdə təzyiq olduğunu düşünmürəm. Cənubda istəyən rahat-rahat bikinisini də geyinir, içkisini də içir. Dedikləri təzyiqin harada hiss edildiyini anlamıram. Bəzi insanların siyasi ritorikaları olur. Sadəcə onlar narahat edilə bilər”.

Kaya Çilingiroğlunun sözlərinə görə, 25 yaşından aşağı olan qızlarla görüşmür: “Münasibətlərdə dəyişməz qaydalarım var. Görüşdüyüm insan 25 yaşdan aşağı olmayacaq. Çünki qızım Zəhra 20 yaşındadır. Və adı Zəhra olmayacaq. Bir də evli, ya da başqası ilə əlaqəsi olan biri ilə heç zaman münasibət qurmaram”.

Məşhur aktrisanın eks-əri hesab edir ki, Hülya Avşar olduqca çətin qadındır: “Hülyanın həyatına kiminsə girəcəyini təxmin etmirəm. Çünki Hülya ilə heç kim bacara bilməz. Onun nazını çəkmək asan iş deyil. Hətta biz boşananda dostlarımın yarısı Hülyaya eşq elan etməyə başlamışdı.

Bununla belə Hülya maraqlı qadındır. Türkiyədə bir çox ilklərə imza atıb. Qızımın anası kimi nə lazımdırsa, edib. Diqqət çəkmək naminə təbii ki, soyuna bilər. Bunda bir şey yoxdur. “Selfi” filminin üz şəklini mənə göndərmişdi. Sözügedən fotoda onun çılpaq olduğunu hiss etmədim, ya da mən elə baxmadım. O nə edərsə, ən doğrusunu edər.

Hülya Avşarın təkcə "Berlin in Berlin” filmində masturbasiya səhnəsi var. O vaxt flirt edirdik, çox qəzəblənmişdim. Hirslənmə səbəbim də masturbasiya etməsi deyil, mənim xəbərimin olmaması idi. Onun xaricində çılpaq səhnəsi olmadı. Lakin Hülya qəribə qadındır. Məsələn, Riki Martinin yanına toxunmuşdu. Başqası olsaydı, bəlkə çox hirslənərdi, amma mən güldüm”.

İdman şərhçisi daha sonra Tarkana olan heyranlığından da danışıb: “Tarkanı evli və uşaqlı bir adam kimi beynimdə canlandırmaq istəmirəm. Qəbul etmirəm. Çünki onun gözümdə xüsusi yeri var. Həyatda heç kim və heç bir şeyin pərəstişkarı olmamışam. Amma Tarkan mənim üçün başqadır. Mənə elə gəlir ki, ailə qurmamalı idi. Çünki o, 80 milyonluq xalqın sevimlisidir. Məsələn, Mustafa Sandal üçün eyni sözləri deyə bilmərəm”.

O, Prezident Ərdoğanla olan münasibətləri haqqında da danışıb: “Ərdoğanı sevirəm. Köhnə dostumdur. 1970-ci illərin sonundan bəri tanıyıram. O zaman tələbə idim, 16 yaşım vardı. Sevsəniz də, sevməsəniz də, çıxan nəticəyə hörmət etmək məcburiyyətindəsiniz. İdmançı olsam da, uduzanda əl sıxa bilirəm. Bir halda ki, müstəqillik tərəfdarıyıq, hicaba da, bikiniyə də hörmət edəcəksiniz, Bu qədər bəsitdir.

15 iyulda Bodrumda idim. O gün Prezidentə bir şey olsaydı, bəlkə də insanlar küçəyə tökülüb bir-birini doğrayacaqdı. Axşam baxırsan ki, hamı araq içir. Dəyişən bir şey yoxdur. İnsanlar bunu qəbul etmədi. Orada hadisə olsaydı, Türkiyənin taleyi başqa cür olardı”.

Kaya Çilingiroğlu qızının sevgili olmasına qarşı çıxmadığını da vurğulayıb: “Qızımın sevgilisi olmasaydı, ondan şübhələnərdim. Bir qadınla bir kişinin bərabər olmaması təbiətə ziddir. Təbii ki, həyatında kimsə olacaq. 20 yaşında gənc qızdır. Zəhra bir dəfə sevgilisinə görə qız dostunun üstünə çay tökmüşdü. O zaman Zəhraya deyil, qızın ailəsinə hirslənmişdim. Çünki dəfələrlə üzr istədik, amma yenə də məsələni çox uzatdılar. Məhkəməlik olduq. O zaman Zəhra 15 yaşında idi. Bir az özünə nəzarət problemi var idi. Məhəbbətdə atasına bənzəyib. Uşaqlıqda belə şeylər ola bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm