Meymun məşhur aparıcını ŞOKA SALDI: “Qucağıma aldım, bir anda mənə yapışdı və...” - FOTO
Bizi izləyin

Magazin2

Meymun məşhur aparıcını ŞOKA SALDI: “Qucağıma aldım, bir anda mənə yapışdı və...” - FOTO

"21 Gündə Xoşbəxtlik" adlı kitabının müəllifi və "Xanım Qəhqəhə" ləqəbli məşhur aparıcı Saba Tümer meymunu qucağına alanda pis vəziyyətə düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aparıcı "Hadi Be" proqramına qonaq olub. O, verilişdə Emre Saygı və sosial şəbəkə istifadəçilərinin suallarına cavab verib. S.Tümer "21 Gündə Xoşbəxtlik" adlı kitabını niyə yazmasının səbəblərini açıqlayıb:

"Kitabı təxminən 9 ayda yazdım. Əslində məqsədim kitab yazmaq deyildi. Məqsədim özümü xoşbəxt etmək idi. Öz üzərimdə bir sıra formullar sınadım. Baxdım ki, işə yarayır və özümə dedim ki, eqoist olma, bunları hamı ilə bölüş, hər kəs xoşbəxt olsun. Qiyməti hər büdcəyə uyğundur. Bunu mən xüsusilə xahiş etdim ki, hər kəs asanlıqla alıb oxuya bilsin”.

Uğursuzluq həyatın yanlış yolda olduğunuzu göstərmək üçün bir işarədir

Tümer canlı yayımda gənclərə də müraciət edib:

"Həyatda uğursuzluq deyilən bir şey yoxdur. İşləri alınmayanda insanlar dərhal ruhdan düşür. Halbuki, uğursuzluq həyatın sənə "Səhv yoldasan” deməsinin bir yoludur, yanlış yolda olduğunuzu göstərmək üçün bir işarədir. Həyat səni xəbərdar edir ki, bu yolda kiçik bir dəyişiklik etməlisən. Daxili səsinizə qulaq asın, xüsusən də gənclər".

Meymun sinəmə yapışdı!

Saba Tümer iki meymunla çəkdirdiyi fotonun hekayəsini də danışıb:

"Bu foto Mərakeşdə çəkilib. Meymunlardan birini çiyinlərimə, digərini qucağıma aldım. Qucağəmdakı bir anda sinəmə yapışdı, fəryad qopardım! O üzümdəki xoşbəxtlik ifadəsi əslində qorxu ifadəsi yəni. Bəzi qadınlar döş aralarına pullar qoyur. Sən demə, bu meymunlara öyrədilib ki, ordan o pulları dartıb çıxarsınlar. Əlbəttə ki, məndə belə bir şey etmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm