Evlənəcəyi deyilən məşhur cütlük ayrıldı - FOTO
Bizi izləyin

Magazin2

Evlənəcəyi deyilən məşhur cütlük ayrıldı - FOTO

Aslı Enverlə Murad Boz ayrılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük 2, 5 illik münasibətlərini bitirməyə qərar verib. Aslı Enver müğənni ilə birlikdə qaldığı evdən köçüb.

Aktrisa ilə müğənni bir neçə ay əvvəl ailələrini də bir-biri ilə tanış etmişdi. Ancaq yayda nişanlanacağı deyilən Aslı ilə Muradın ayrılıq qərarı çoxları üçün gözlənilməz olub.

Xatırladaq ki, ulduzlar keçən ilin may ayında da anlaşmadıqlarını irəli sürərək ayrıldıqlarını elan etmişdilər. 2 aylıq ayrılıqdan sonra onlar yenidən barışmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm