Dünya şöhrətli rejissor vəfat etdi – FOTO
Bizi izləyin

Magazin2

Dünya şöhrətli rejissor vəfat etdi – FOTO

Dünya şöhrətli çexiyalı rejissor Miloş Forman 13 Apreldə dünyasını dəyişib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Formanın ölümünün dəqiq səbəbi bilinmir. Lakin məşhur rejissoun uzun müddət hansısa xəstəliklə mübarizə apardığı məlumdur.

Qeyd edək ki, Miloş Forman “Ququ quşu yuvası üzərindən uçarkən”, “Amadey”, “Ayda adam”, “İnamı qoruyun”, “Xalq Lerri Flintə qarşı” filmlərin müəllifləridir. Rejissor bu filmlərə görə "Ən yaxşı rejissor işi" nominasiyasında Amerika kino akademiyasının mükafatlarına layiq görülüb.

Tomas Yan Forman 1932-ci il fevralın 18-də Çexoslovakiyanın Çaslav şəhərində anadan olub. İkinci dünya müharibəsi illərində Çexoslovakiyanın işğalı zamanı valideynlərini Osvensiumda itirib. 1968-ci ildə Çexoslovakiya sovet qoşunlarının əlinə keçəndən sonra Forman ABŞ-a mühacirət edib və orada parlaq kino karyeraı qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm